Sizin reklam burada
Sizin reklam burada

“Üçüncü tərəflər təsir göstərmək üçün dondurulmuş münaqişələri dəstəkləyirlər"

“Üçüncü tərəflər təsir göstərmək üçün dondurulmuş münaqişələri dəstəkləyirlər"
Rusiya Balkanlarda, o cümlədən Bolqarıstan və Şimali Makedoniya arasında münaqişələrin qızışdırılmasında maraqlıdır.
Bunu Makedoniyanın xarici işlər naziri Bucar Osmani deyib.
Osmaninin sözlərinə görə, Bolqarıstanla münasibətlərin hazırki kəskinləşməsi regionda daimi münaqişənin saxlanmasında maraqlı olanlara sərf edir:
“Üçüncü tərəflər regionumuzda daha asan təsir göstərə bilmək üçün bu regionda vaxtilə dondurulmuş münaqişələri dəstəkləməkdə maraqlıdırlar”.
Jurnalistin “üçüncü tərəf"in kim olduğu sorğusuna makedoniyalı diplomat Rusiyanın adını çəkib.
Qeyd edək ki, son aylarda Bolqarıstan və Makedoniya arasında münasibətlər bir sıra tarixi mübahisələr və milli azlıqların hüquqlarının təminatı səbəbindən pisləşib.
Keçən həftə Bolqarıstan səfiri hətta Makedoniyadan geri çağırılıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş