Sizin reklam burada
Sizin reklam burada

“İranda edamlara son qoyulsun”

 “İranda edamlara son qoyulsun”
İranda rejim əleyhinə etirazlara qatıldıqları üçün edama məhkum edilənlərin sayı günbəgün artarkən, Paris meriyası iranlı nümayişçilərə dəstək verib.
Fransanın paytaxtı Parisdə dünyaca məşhur Eyfel qülləsində “İranda edamlara son qoyulsun” şüarı əks olunub.
Paris meriyasından verilən açıqlamada İran rejiminin etirazçıları edam etməyə davam etdiyi vaxtda azadlıqları üçün cəsarətlə mübarizə aparanları anmaq və müxalifətə dəstək vermək məqsədilə sözügedən şüarın Eyfel qülləsinə proyeksiya edildiyi bildirilib.
Şüarın iki gün qüllədə qalacağı deyilib.
Eyfel qülləsi ilə üzbəüz “Trokadero” meydanına toplaşan iranlı müxaliflər molla rejimi əleyhinə etirazlarını davam etdiriblər.
Şəhər meri Ann Hidalqo ötən ilin oktyabrında öldürülməsi ilə etirazların başlamasına səbəb olan Məhsa Əminiyə Paris şəhərinin “fəxri sakini” ünvanını verib. Digər tərəfdən, İranda etiraza qatıldıqlarına görə 22 nəfərə ölüm hökmü çıxarılıb, 4 nəfər isə edam edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş