Sizin reklam burada
Sizin reklam burada

“Bu, insan həyatına hörmətsizlik edən vəhşi rejimin siyasi motivli hərəkətidir"

“Bu, insan həyatına hörmətsizlik edən vəhşi rejimin siyasi motivli hərəkətidir"
İran Böyük Britaniya pasportuna malik Əlirza Əkbərinin edamını dayandırmalı və onu dərhal azad etməlidir.
Bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Tvitter hesabında yazıb.
“Bu, insan həyatına tamamilə hörmətsizlik edən vəhşi rejimin siyasi motivli hərəkətidir" - Kleverli qeyd edib.
Qeyd edək ki, İran məhkəməsi Əkbərini edam cəzasına məhkum edib. O, İngiltərənin xeyrinə casusluqda ittiham olunur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş