
"Ukrayna hakimiyyəti eks-prezident Mixeil Saakaşvilinin müalicə üçün Kiyevə və ya hər hansı digər Avropa ölkəsinə göndərilməsi xahişi ilə Gürcüstana rəsmi müraciət edib".
1TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
Podolyak əmin edib ki, Saakaşvilinin Ukraynaya verilməsi Rusiya tərəfindən heç bir hərbi-aqressiv nəticə verməyəcək.
"Ukrayna Prezidenti Volodimir Zelenskinin aydın mövqeyi var - Rusiyadan fərqli olaraq biz başqa ölkələrin suveren işlərinə qarışmırıq. Biz heç bir məsləhət vermirik. Bu, çox vacib parametrdir. Rəsmi səviyyədə Gürcüstan hökumətinə təklif edirik ki, Saakaşvilini bizə verin. Mən Mixeilə çox rəğbət bəsləyirəm. Ona hörmət edirəm, çünki o, tarixi miqyasa malik şəxsiyyətdir" - Podolyak bildirib.
Conflict.az