Sizin reklam burada
Sizin reklam burada

"Ermənistan Rusiya qoşunları tərəfindən işğal edilib”

"Ermənistan Rusiya qoşunları tərəfindən işğal edilib”
Ermənistan polisi Gümrüdə “Milli Demokratik Qütb” siyasi hərəkatının Gümrüdə keçirdiyi etiraz aksiyasında iştirak edənlərdən 65 nəfəri saxlayıb.
Bu haqda Ermənistan mətbuatı məlumat yayıb. İştirakçılar əllərində “Rusiya, Ermənistandan əlini çək!”, “Bizim yeni mütəffiqlərimiz əsl müttəffiqlər olacaq!” və s. şüarların yazıldığı plakatlar daşıyırlar.
Qeyd edək ki, sözügedən hərəkatın üzvü Vaqe Qasparyan açıqlamasında ermənilərin Rusiya Federasiyasının Gümrüdəki 102-ci hərbi bazasını blokadaya ala biləcəyini bildirib. Bundan sonra polis bazaya girişləri bağlayıb.

***

Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada 100-dən çox adam saxlanılıb.
Etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlayıblar.
Aksiyaçılar bildiriblər ki, Rusiya hərbçilərini “işğalçı” elan edə bilərlər.
“Biz dünyaya göstərəcəyik ki, Ermənistan 102-ci baza adı ilə Rusiya qoşunları tərəfindən işğal edilib” - Vaqe Qasparyan bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ