Sizin reklam burada
Sizin reklam burada

"Putin insanların taleyini pozmağı xoşlayırdı"

"Putin insanların taleyini pozmağı xoşlayırdı"
“Rusiya Prezidenti Vladimir Putin DTK-nın müstəntiqi kimi sadist meylləri ilə seçilirdi. Xüsusilə, maraq sahəsinə daxil olan insanları ələ salmağı xoşlayırdı”.
Bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı Mariya Maksakova deyib.
Onun sözlərinə görə, Putin təkcə öz işini darıxdırıcı şəkildə görməyib, həyəcan və çeviklik də nümayiş etdirib.
“İnsanların taleyini pozmağı xoşlayırdı. Eyni zamanda, bundan sadistcə həzz alırdı. Onun bu sərhədsiz həvəsindən əziyyət çəkən bir neçə dissidentin xatirələri var” - Maksakova bildirib.
Sabiq deputat rus yazıçısı Çukovskinin qızı Lidiya Kornivna ilə bağlı olayı xatırladıb. O, hüquq müdafiəçisi kimi beynəlxalq diqqəti sovet hakimiyyətinin əlindən əziyyət çəkən müxaliflərə yönəltməyə çalışıb. Amma görmə qabiliyyəti zəif olduğundan ona xaricdən göndərilən xüsusi flomasterlərdən istifadə edib.
“Təəssüf ki, onun həyatında Putin adlı bu müstəntiq peyda oldu. Bu bağlamalara əl atdı və flomasterləri korladı, buna görə məktub yaza bilmədi, insanların taleyi bundan asılıydı. Əvvəlcə nə baş verdiyini anlamadı, amma sonra təbii ki, başa düşdü və başqa şeylər yazmağa başladı” - Maksakova vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş