Sizin reklam burada
Sizin reklam burada

"Bu, həlledici il olmalıdır"

"Bu, həlledici il olmalıdır"
Ukrayna Prezidenti Volodimir Zelenski 2023-cü ilin Rusiya ilə müharibədə cəbhə xəttində həlledici olacağını bildirib.
Ötən axşam ukraynalılara müraciətində dövlət başçısı qeyd edib ki, bu gün Ali Baş Komandanın Qərargahının iclası keçirilib. Bu, bir il ərzində 44-cü dəfə baş verib.
"Mövzu aydındır. İlk növbədə, Baxmut, Kremennaya və ümumilikdə Donbasdır. Düşmənin şərq istiqamətində mümkün hərəkətləri və bizim hərəkətlərimiz" - Zelenski bildirib.
O, həmçinin əlavə edib ki, komandirlər dinlənilib və yaxın gələcək üçün atılacaq addımlar barədə qərar verilib.
"Biz gələn il üçün Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrini hazırlamağa davam edirik. Bu, həlledici il olmalıdır. Biz qışda riskləri başa düşürük, yazda nə etməli olduğumuzu başa düşürük, yəni bütün müdafiə və təhlükəsizlik sektorunun hansı nəticələri nümayiş etdirməli olduğunu başa düşürük" - Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, döyüş sursatlarının tədarükü və hərbi texnikanın təmiri ayrı-ayrılıqda müzakirə edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş