
"Moskva danışıqlara ciddi iradə göstərərsə, ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazır olacaq".
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib:
“Emmanuel Makronla görüşdə prezident dedi ki, əgər Putin ciddi hazırlığını göstərsə, o, mütləq onunla görüşməyə hazır olacaq”.
Kirbi onu da qeyd edib ki, Amerika lideri Putinlə danışıqlara yalnız Rusiya tərəfində “ciddi və real” hazırlıq olarsa, həmçinin “Ukrayna ilə məsləhətləşmələr apardıqdan sonra” hazır olacaq.
Conflict.az