
Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi, yaxud çərşənbə axşamı rus neftinin qiymət tavanına cavab tədbirləri haqqında fərman imzalayacağını açıqlayıb.
Bu barədə Putin Dövlət Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.
"Bunlar qabaqlayıcı tədbirlərdir" - deyə o bildirib.
Kreml rəhbəri bildirib ki, Rusiya iqtisadiyyatına, yanacaq-energetika kompleksinə nəzərəçarpacaq ziyan yoxdur və nefti təqribən yuxarı həddə müəyyən edilmiş qiymətlərlə satır: “Bizim geosiyasi opponentlərimizin və rəqiblərimizin məqsədi aydındır - Rusiya büdcəsinin gəlirlərini məhdudlaşdırmaq, lakin biz bu tavandan heç nə itirmirik”.
Qeyd edək ki, Avropa Birliyi rus nefti üçün 60 dollar maksimum hədd müəyyən edib.
Conflict.az