Sizin reklam burada
Sizin reklam burada

"Dəyişiklik gizli həyata keçirilib"

"Dəyişiklik gizli həyata keçirilib"
Birləşmiş Ştatlar Ukraynaya verilən HIMARS sistemlərinin parametrlərini elə dəyişdirib ki, onlardan uzaq mənzilli raketlər buraxmaq və Rusiya ərazilərinə hücum etmək mümkün olmasın.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr iddia edir ki, bu dəyişiklik gizli şəkildə həyata keçirilib.
Məlumata görə, ABŞ bunu Moskva ilə qarşıdurmadan qaçmaq üçün edib.
Bildirilir ki, Kiyevə 20 belə sistem göndərilib ki, onlardan raketlərin 300 km-dən çox mənzilə buraxılması mümkün deyil.
Məqalə müəllifləri belə qənaətə gəlirlər ki, Vaşinqton Kiyevin Rusiyaya Qərb silahları ilə hücum etmək istəyəcəyindən hələ də ehtiyat edir və qabaqlayıcı tədbirlər görür.

Conflict.az

  • Sosial şəbəkədə paylaş