Sizin reklam burada
Sizin reklam burada

"Təhlükəsizlik dərəcəsinə uyğun olan nəqliyyat kompleksinin fəaliyyətinə terror təhlükəsi müəyyən edilsin"

"Təhlükəsizlik dərəcəsinə uyğun olan nəqliyyat kompleksinin fəaliyyətinə terror təhlükəsi müəyyən edilsin"
Rusiyanın Moskva şəhərinin Şeremetyevo, Domodedovo və Vnukovo hava limanlarında noyabrın 10-dan terror aktları təhlükəsinin maksimum səviyyəsini tətbiq edilib.
Bu barədə "Rostransnadzor"un hava limanlarına və aviadaşıyıcılara göndərdiyi məktuba istinadən "İzvestiya" qəzeti məlumat yayıb.
"10 noyabr 2022-ci il saat 00:00-dan 3 nömrəli təhlükəsizlik dərəcəsinə uyğun olan nəqliyyat kompleksinin fəaliyyətinə terror xarakterli qanunsuz müdaxilə aktının törədilməsi təhlükəsi müəyyən edilsin" - deyə məktubda bildirilir.
"Rostransnadzor" həmçinin aviaşirkətləri təhdidlərin yeni səviyyəsinə uyğun əlavə təhlükəsizlik tədbirlərinin görülməsi zərurəti barədə məlumatlandırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş