Sizin reklam burada
Sizin reklam burada

"Ruslar hiylə edə bilər”

"Ruslar hiylə edə bilər”
Rusiya hərbçilərinin Xerson vilayətində Dnepr çayının sağ sahilindən geri çəkilmələri ilə bağlı bəyanatlarına ehtiyatla yanaşmaq lazımdır.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
"Rrusların ələ keçirə bildikləri yeganə regional mərkəzi tərk etmək niyyətlərini bildirmələri kifayət qədər ciddi psixoloji zərbə olmalıdır. Təbii ki, bu, Rusiyadır, ona görə də onların kütləvi şəkildə getdiyini hələ görməmişik. Biz geri çəkilməyə inanacağıq və düşünürəm ki, Prezident Zelenski kimi hamımız ehtiyatlı olmalıyıq. Ruslar hiylə və buna bənzər şeylər edə bilər” - britaniyalı nazir bildirib.
“Əgər rus qoşunları həqiqətən də Xersonu tərk edirlərsə, o zaman “bütün bunlar nə üçün idi” sualı yaranır. Fevraldan bəri əsas hədəflərindən heç birini tuta və ya ələ keçirə bilməyən on minlərlə ölüm nə üçün idi?" – nazir sual edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş