Sizin reklam burada
Sizin reklam burada

“Bizim çox aydın məqsəd və vəzifəmiz var"

“Bizim çox aydın məqsəd və vəzifəmiz var"
Belarus nümayəndə heyətinin Abxaziyaya səfəri narahatlıq doğurur, bununla belə, ərazilərimizin müstəqilliyinin tanınmaması siyasətini davam etdirmək üçün praqmatik addımlar atmalıyıq.
Bunu Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze Belarus nümayəndə heyətinin Gürcüstanın işğal altındakı Abxaziya bölgəsinə səfərini şərh edərkən deyib.
Hakim partiyanın sədri sözügedən səfərin narahatlıq doğurduğunu bildirib:
“Bizim çox aydın məqsəd və vəzifəmiz var, o da dünyada bizim işğal altındakı ərazilərimizin müstəqilliyinin tanınmaması və bu siyasətin davam etdirilməsidir. Ona görə də istənilən cavab məhz bu məqsəd kontekstində həyata keçiriləcək”.
Qeyd edək ki, Belarus Milli Assambleyasının nümayəndə heyəti Gürcüstanın işğal olunmuş Abxaziya bölgəsinə səfər edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş