
Fransa Ukraynada hərbi əməliyyatların intensivləşməsi səbəbindən NATO çərçivəsində Avropanın şərqində hərbi mövcudluğunu gücləndirmək niyyətindədir.
Bu sözləri Fransa müdafiə naziri Sebastyan Lekornyu bildirib.
"Prezident Rumıniyaya zirehli transportyorlar və tanklardan ibarət briqada göndərməklə Avropanın şərqində müdafiə mövqeyimizi gücləndirmək qərarına gəlib" - Lekornyu vurğulayıb.
O, həmçinin deyib ki, Fransa Litvaya daha çox “Rafale” qırıcıları, Estoniyaya isə hərbçilər göndərəcək.
Onun sözlərinə görə, bu planların oktyabrın sonu - noyabrın əvvəlində başa çatdırılması gözlənilir.
Conflict.az
