Sizin reklam burada
Sizin reklam burada

"Ermənistan ikiüzlülük edir"

"Ermənistan ikiüzlülük edir"
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir. Sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində Nensi Pelosi Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan və digər yüksək rütbəli rəsmilərlə görüşlər keçirib. Qondarma "erməni soyqırımı" abidəsini ziyarət edən Pelosi ermənilərin könlünü xoş etmək üçün Azərbaycan əleyhinə təxribatçı fikilər səsləndirməkdən belə çəkinməyib.
Eyni zamanda amerikalı spikerin səfəri ərəfəsində İrəvanda Rusiyaya qarşı etiraz aksiyaları təşkil olunub. Moskvanın əleyhinə şüarlar səsləndirən etirazçılar Ermənistanın KTMT-dən çıxmasını tələb ediblər. Ermənilər bununla kifayətlənməyərək, İrəvanda prezident Vladimir Putinin plakatlarının cıxararaq, əllərində Pelosinin şəkillərini tutublar. Nədənsə, Ermənistanın dönük siyasətinə Rusiyadan hələ rəsmi reaksiya gəlməyib.
Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az-a bildirib ki, Pelosinin İrəvana səfəri və Rusiya əleyhinə keçirilən aksiyalar Ermənistanın növbəti təxribatıdır.
"Bu, açıq-aşkar təxribat və məkrdir, əks halda baş nazir Nikol Paşinyanın hərəkətlərini xarakterizə etmək olmaz. Növbəti dəfə Ermənistanın ikili siyasətini gördük. Nikol Paşinyan o zaman niyə Moskvaya zəng vurub, KTMT-yə müraciət edib?
Bundan sonra o, Kremldən üz döndərməlidir. Görünür, Paşinyan Qərb, yoxsa Rusiya sualına artıq cavab tapıb. Amma ilk dəfə deyil ki, Ermənistan ikiüzlülük edir. Onun hərəkətləri artıq regionda sabitliyi pozur. Təbii ki, buna qarşı addımlar atılacaq. ABŞ isə sadəcə regionda var olduğunu sübut etməyə çalışır. Bu, isə uğursuzluqla nəticələnəcək", - deyə rusiyalı politoloq vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş