Sizin reklam burada
Sizin reklam burada

"Adi münasibətlərə qayıda bilmərik"

"Adi münasibətlərə qayıda bilmərik"
"Avropa İttifaqı Moskvadan istənilən asılılıqdan qurtulmalıdır".
Bunu Rumıniyanın xarici işlər naziri Bohdan Auresku Aİ ölkələrinin xarici işlər başçılarının Praqada keçirilən qeyri-rəsmi görüşündən əvvəl məlumat verib.
"Biz Rusiya Federasiyası ilə adi münasibətlərə qayıda bilmərik. İndi təbii ki, Aİ ilə Rusiya arasında münasibətlərin gələcəyini qiymətləndirmək hələ tezdir. Çünki bu, Ukraynadakı hadisələrin inkişafından asılıdır. Amma bir şey aydındır. Biz Rusiyadan istənilən asılılığa son verməliyik" - Auresku deyib.
Rumıniyanın xarici siyasət idarəsinin rəhbəri çərşənbə günü Ukrayna, Moldova və Gürcüstanın xarici işlər nazirləri ilə görüş keçirəcəyini açıqlayıb:
"Bu da vacibdir, çünki bu, Avropa Şurasının onlara namizəd statusunun verilməsi ilə bağlı qəbul etdiyi mühüm qərardan sonra ilk belə görüşdür. Beləliklə, biz bu ölkələri dinləməliyik, ehtiyaclarını öyrənməliyik ki, onların Aİ-yə üzv olmasına gətirib çıxaracaq islahatlara yardım və texniki dəstək göstərək - Auresku əlavə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş