Sizin reklam burada
Sizin reklam burada

"Krımın hərbsizləşdirilməsini həyata keçirməyə hazırıq"

"Krımın hərbsizləşdirilməsini həyata keçirməyə hazırıq"
Rusiya Ukraynaya Krım yarımadası ərazisindən zərbələr endirir. Buna görə də biz Krımın hərbsizləşdirilməsini həyata keçirməyə hazırıq.
Bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
"Bu gün Krım Ukrayna şəhərlərinin atəşə tutulduğu və ukraynalıların qətlə yetirildiyi mərkəzlərdən biridir. Onların bu addımları Rusiyanın Krımdakı hərbi infrastrukturunu Ukraynanın qanuni hərbi hədəfinə çevirib. Ona görə də Ukrayna Krımı demilitarizasiya etməyə hazırdır” - Şmıqal bildirib.
Baş nazir həmçinin qeyd edib ki, Rusiya öz qüvvələrini Krımdan və digər işğal edilmiş ərazilərdən könüllü çıxararsa, onda Ukrayna onların bu addımını alqışlayacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş