Sizin reklam burada
Sizin reklam burada

"Boşboğazlıq və səs-küylü bəyanatlar vaxtı deyil"

"Boşboğazlıq və səs-küylü bəyanatlar vaxtı deyil"
Ukrayna Prezidenti Vladimir Zelenski hərbi ekspertləri müdafiə planlarının təfərrüatını açıqlamamağa çağırıb.
Dövlət başçısı bu barədə xalqa müraciətində bildirib.
"Ümumi qayda sadədir: müharibə, şübhəsiz ki, boşboğazlıq və səs-küylü bəyanatlar vaxtı deyil. Müdafiə planlarımız haqqında nə qədər az təfərrüat versəniz, bu, planların həyata keçirilməsi üçün bir o qədər yaxşı olar" - o deyib.

"Arxanızda səs-küylü başlıqlar buraxmaq istəyirsinizsə, bu başqa məsələ. Açığı, məsuliyyətsizlikdir. Əgər Ukraynanın qələbəsini istəyirsinizsə, bu başqa məsələ və dövlətimizin müdafiə və ya əks-hücumlarda nəyə hazırlaşdığı barədə deyilən hər sözə görə öz məsuliyyətinizi hiss etməlisiniz” - Prezident əlavə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş