Sizin reklam burada
Sizin reklam burada

"Təcavüzkarın təhlükəsizliyin təminatçısı olması mümkün deyil"

"Təcavüzkarın təhlükəsizliyin təminatçısı olması mümkün deyil"
Ukrayna və ölkənin Qərb tərəfdaşları Rusiyanın ölkəmizin təhlükəsizliyinin qarantına çevrilməsi ehtimalını nəzərdən keçirmir.
Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
“Biz onlara təklif etmədik, təminatçı olmaq istəyən Rusiya idi. Amma təcavüzkarın eyni zamanda təhlükəsizliyin təminatçısı olması mümkün deyil. Borodyankadan, Buçadan sonra Rusiyanın bizə zəmanət verən ölkələr sırasında olmasının mümkünlüyünə nə biz inanırıq, nə də partnyorlarımız” - Yermak qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş