Sizin reklam burada
Sizin reklam burada

Almaniya hərbi yardımı kəsdi

Almaniya hərbi yardımı kəsdi
Almaniya kansleri Olaf Şolts Ukraynaya hərbi dəstəyi artıracağını vəd etsə də, əslində hərbi yardımı kəsib.
Bu barədə Almaniyanın “Velt” nəşri məlumat yayıb.
Qeyd olunub ki, iyunun 21-də federal hökumət Ukrayna üçün silahların siyahısını dərc edib, lakin o vaxtdan bəri üç dəfə həmin siyahı yenilənib və yeni mallarla əvəz edilib.
Nəşrin məlumatına görə, son üç həftə ərzində Ukrayna Almaniyadan iki tədarük alıb: 42 min quru qida və 102 zirehli maşın.
Müxalifət də əlavə təchizatın olmamasını kəskin tənqid edib.
"Federal hökumətdə ictimai sözlər və addımlar çox fərqlidir. Bu, ayıbdır. Federal hökumətin nümayişkaranə şəkildə silah tədarük etmək istəməməsi Almaniyanın reputasiyasına xələl gətirir” - bunu Bundestaqdakı CDU/CSU fraksiyasının liderlərindən biri Torsten Fray deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş