Sizin reklam burada
Sizin reklam burada

"İndi şərtlər dəyişib"

"İndi şərtlər dəyişib"
Qarabağ problemi Azərbaycan-Türkiyə birliyi ilə həll olunub.
Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
“Ermənistanla niyə 1992-ci ildə sərhədləri bağladıq? Qarabağın işgalı ilə əlaqədar. İndi şərtlər dəyişib. Azərbaycan-Türkiyə bir araya gəldi, Qarabağ azadlığa qovuşdu, Ermənistanla münasibətləri normallaşdırma prosesinə başladıq. Azərbaycan və Türkiyənin birliyi ilə problem həll olundu” - deyə o bildirib.
İbrahim Kalın rəsmi Ankaranın İrəvanla münasibətlərindən də danışıb.
“Hazırda Ermənistanla sürətli normallaşma prosesini yaşayırıq. Problemləri həll edərək irəli getməlisən” - Türkiyə liderinin rəsmi nümayəndəsi vurğulayıb.
İbrahim Kalın xatırladıb ki, Türkiyə müəyyən problermlərlə əlaqədar Səudiyyə Ərəbistanı ilə də 3 il diplomatik münasibətlər qurmayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ