Sizin reklam burada
Sizin reklam burada

"Bizə dəstək göstərin"

"Bizə dəstək göstərin"
Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanın Avropa inteqrasiyasına dəstək göstərmələri üçün bir neçə Avropa Birliyi ölkəsinin liderinə müraciət edib.
Bu barədə Prezident Tvitter hesabında məlumat paylaşıb.
Zurabişvili İsveç Baş naziri Maqdalena Anderssona, İrlandiya Prezidenti Maykl Hiqinsisaya və Niderland Baş naziri Mark Ruteyə video-müraciət edərək, Gürcüstanın Avropa inteqrasiyasına dəstək göstərməyi xahiş edib.
Qeyd edək ki, 23-24 iyun tarixlərində Avropa Şurası Gürcüstan, Ukrayna və Moldovaya AB-yə üzvlüyə namizəd ölkə statusunun verilib-verilməməsi ilə bağlı qərar qəbul edəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş