Sizin reklam burada
Sizin reklam burada

"Liderimizin mövqeyini bilirəm"

 "Liderimizin mövqeyini bilirəm"
Ukraynanın Xerson və Zaporojye vilayətləri 100 faiz Rusiyanın subyektləri olacaq.
Bu sözləri Krım rəhbəri Sergey Aksyonov deyib.
“Mən liderimizin mövqeyini bilirəm. Əgər prezident Ukrayna “millətçiləri” tərəfindən zorakılığa məruz qalanları dəstəkləmək və qorumaq qərarına gəlsə, o zaman Rusiya getməyəcək, heç kim insanları tərk etməyəcək. Rusiya özününküləri tərk etmir. Yüz faiz, bunlar Rusiyanın subyektləri olacaq. Onlar hansı formatda olacaq, necə olacaq - liderimiz müəyyən edəcək. Liderimizdə bütün geosiyasi məlumatların həcmi tam şəkildə var. O, müxtəlif mənbələrdən məlumat alır, ona görə də yalnız onun bu məsələyə son qoymaq hüququ var” - deyə Aksyonov bildirib.
Qeyd edək ki, ötən gün “İzvestiya” qəzeti öz mənbələrinə istinadla gələcək Rusiya-Ukrayna sülh danışıqlarında Kremlin Zaporojye və Xerson vilayətlərinin, eləcə də Donbas və Krımın statusunu müzakirə etmək niyyətində olmadığını yazmışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş