ABŞ administrasiyası hesab edir ki, hazırda ABŞ-ın Çin mallarına tətbiq etdiyi tarifləri ləğv etmək imkanından, eləcə də Pekinin oxşar addımlarından danışmaq tezdir.
Bunu Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bazar ertəsi jurnalistlər üçün brifinqdə bəyan edib.
Jean-Pierre xatırladıb ki, ABŞ-ın ticarət naziri Gina Raimondo daha əvvəl bildirib ki, ABŞ lideri Co Bayden ona və digər rəsmilərə bu məsələyə baxmağı, Çinin öhdəliklərini təhlil etməyi tapşırıb.
"Mən hadisələri qabaqlamaq istəmirəm" - o, əlavə edib.
Conflict.az