Sizin reklam burada
Sizin reklam burada

"Əldə etdiyimiz razılaşmaların müddəaları bu günə qədər yerinə yetirilməyib"

 "Əldə etdiyimiz razılaşmaların müddəaları bu günə qədər yerinə yetirilməyib"
Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal ilə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Hatayda səfərdə olan daimi nümayəndə Tomas Qrinfild BMT-nin himayəsi altında irəliləyişlərin nəzərə çarpması, siyasi proseslər nəticəsində Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsaslanaraq Suriyadakı münaqişənin davamlı həlli istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə təşəkkür edib.
Türkiyəli nazir müavini isə öz növbəsində, PKK/YPG/PYD terror təşkilatlarının təkcə Suriyanın ərazi bütövlüyünə deyil, həm də Türkiyəyə qarşı təhdid olduğunu bildirib: “2019-cu ilin oktyabrında ABŞ və Rusiya ilə əldə etdiyimiz razılaşmaların müddəaları bu günə qədər yerinə yetirilməyib, bu bölgədən ölkəmizə qarşı terror təhlükəsi son zamanlar daha da artıb və Türkiyəni hədəf alan bu hücumlara görə dünya birliyi də məsuliyyət daşıyır".

Conflict.az

  • Sosial şəbəkədə paylaş