
Rusiya “Yars” strateji raket komplekslərinin avtonom buraxılış qurğularından istifadə etməklə təlimlər keçirir.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərə Strateji Raket Qüvvələrinin minə yaxın hərbi qulluqçusu, o cümlədən 100-dən çox texnika cəlb olunub: “Hərbçilər raket komplekslərinin səhra mövqelərinə gətirilməsi, 100 km-ə qədər marş, kamuflyajın təşkili və digər tapşırıqları həll etməli olacaqlar. Onlar həmçinin şərti təxribatçıları da məhv edəcəklər”.
Conflict.az