Sizin reklam burada
Sizin reklam burada

"Ölkələr qarşılıqlı siyasi etimadı və əməkdaşlığı gücləndirməlidir"

"Ölkələr qarşılıqlı siyasi etimadı və əməkdaşlığı gücləndirməlidir"
“Tarix və reallıq göstərir ki, başqa ölkələrin təhlükəsizliyini qurban vermək hesabına öz təhlükəsizliyinə təmin etmək yalnız yeni ziddiyyətlər və risklər yarada bilər”.
Bunu BRİKS ölkələrinə Çin lideri Si Cinpin deyib.
O qeyd edib ki, BRİKS ölkələri təhlükəsizlik sahəsində qarşılıqlı siyasi etimadı və əməkdaşlığı gücləndirməli, əsas beynəlxalq və regional məsələlər üzrə sıx qarşılıqlı əlaqə və koordinasiyanı qoruyub saxlamalı, bir-birinin ən mühüm maraqlarını və əsas narahatlıqlarını nəzərə almalı, bir-birinin fikirlərinə, suverenlik, təhlükəsizlik və inkişaf maraqlarına hörmət etməlidir.
Çin lideri həmçinin BRİKS ölkələrini hegemoniya və güc siyasətinə, “soyuq müharibə” zehniyyəti və hərbi blokların qarşıdurmasına qarşı çıxmağa çağırıb.
Qeyd edək ki, BRİKS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxildir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş