Sizin reklam burada
Sizin reklam burada

"Onun polislə heç bir əlaqəsi yoxdur"

"Onun polislə heç bir əlaqəsi yoxdur"
İrəvanda keçirilən etiraz aksiya zamanı ölən vətəndaşın qanında benzodiazepinlə qarışıq olan natural və sintetik kannabionid aşkar edilib.
Bu barədə Ermənistan polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanları vətəndaşın əvvəllər polislə problemlərinin olması ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edib:
"Biz artıq məlumat vermişdik ki, onun polislə heç bir əlaqəsi yoxdur və onu şöbəyə gətirməyiblər. Biz də bu ölümü spekulyasiya predmetinə çevirməməyə çağırdıq".
Qeyd edək ki, mayın 5-də çadırdakı aksiya iştirakçılarından biri - 41 yaşlı Artur Sedrakyan özünü pis hiss edib. Xəstəxanaya çatdırılan erməniyə ürək çatışmazlığı diaqnozu qoyulub. Daha sonra isə o, xəstəxanada ölüb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş