Yaponiyanın Kaqoşima əyaləti yaxınlığında Çin bayrağı altında üzən donanma gəmisinin ölkənin ərazi sularına daxil olduğu bildirilib.
Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilib ki, Çin donanmasına aid gəmi Kaqoşimanın cənub-qərbindəki Kuçinorabu adasının qərbində üzüb.
Qeyd olunub ki, Yaponiya ərazi sularını pozan gəmi Yakuşima adasının cənubuna doğru hərəkət edib və 3 saata yaxın ərazidə qalıb.
Gəmi Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri və Sahil Mühafizə Xidmətinin gəmilərinin nəzarəti altında Kaqoşimanı tərk edib.
Nazirlik bölgədə ərazi sularının pozulmasının 2021-ci ilin noyabrından sonra ilk dəfə olduğunu və rəsmi Pekinə diplomatik etiraz edildiyini açıqlayıb.
Conflict.az
