
Ukrayna prinsipial olaraq yeni mərhələyə - Ukrayna Silahlı Qüvvələrinin NATO silahlarına keçidinə qədəm qoyub. Ukrayna Silahlı Qüvvələri son vaxtlar heç müzakirə olunmayan NATO silahlarına keçməyə başlayır.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Biz tamamilə yeni bir mərhələyə qədəm qoyduq, hətta iki ay bundan əvvəl heç kimin düşünmədiyi bir mərhələyə. Biz Ukrayna Silahlı Qüvvələrinin NATO standartına keçməsinə qədəm qoyduq. Və bu artıq baş verir” – XİN rəhbəri Dmitri Kuleba Facebook səhifəsində onlayn yayım zamanı bildirib.
Nazir onu da bildirib ki, prezident Vladimir Zelenski Co Baydeni inandıra bilib ki, artıq bunu etmək vaxtıdır: “Əvvəlcə bizə haubitsalar veriləcək, lakin bu, hələ başlanğıcdır. Bizə daha çox silah gələcək. Bu, tarixi bir məqamdır”.
Conflict.az