
Kreml rəhbəri öz pullarını heç vaxt müstəqil və tanınmış insanlara etibar etmir.
Bu barədə rusiyalı iqtisadçi Vladsilav İzonemtsev Qərbin Putinin xarici yurisdiksiyalarda olan hesablarını bloklamaq ehtimalından danışarkən deyib.
O bildirib ki, ictimaiyyətə tanış olmayan şəxslərin Putinin vəsaitlərini saxlaması mümkündür.
İqtisadçı geniş dairələrdə tanınmayan violençel ifaçısı Sergey Roldiqini buna misal gətirib:
“Onlar oliqarx deyillər. Onlar haqqında heç nə bilmirik. Roldiqin kimi. Onlar bəlkə də hansısa təsadüfi informasiya sızması nəticəsində üzə çıxacaq. Qərb dəfələrlə Putinin pullarının axtarışına cəhd etsə də, buna nail olmayıb”.
Conflict.az