Sizin reklam burada
Sizin reklam burada

"Bizi ora çağıran yoxdur”

"Bizi ora çağıran yoxdur”
Aleksandr Lukaşenko Belarus hərbçilərinin Ukraynadakı əməliyyatlarda iştirak etmədiyini bildirib və izah edib ki, onların orada heç bir işi yoxdur və ora çağırılmayıblar.
“Ukraynaya gəlincə, siz vəziyyəti diqqətlə izləyirsiniz. Mən bir daha vurğulamaq istəyirəm: biz Rusiyanın Ukraynada keçirdiyi bu əməliyyata qarışmaq fikrində deyilik” - deyə o bildirib.

“Düşünün, biz orada Rusiyaya nə əlavə edə bilərik? Şəxsi heyətə gəlincə, onların öz hərbçiləri yetərincədir. Biz Rusiyaya silah baxımından nəsə əlavə edə bilərikmi? Yox, biz bunların hamısını Rusiya Federasiyasından alırıq. Onlarda hər şey var, hətta daha yaxşıdır. Ona görə də bizim orada görüləsi işimiz yoxdur. Bizi ora çağıran yoxdur” - deyə Belarus prezidenti vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş