
Ukrayna hakimiyyəti Rusiyanın hücum edəcəyini bilirdi və 2021-ci ilin noyabrında hazırlaşmağa başladı.
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
Danilov qeyd edib ki, Ukrayna bu müharibədə Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirak edəcəyini gözləmirdi:
“Belə zərbə gözləmirdik. Onların bütün cəbhələrdə irəli gedəcəklərini gözləmirdik. Bu sürpriz idi”.
Onun sözlərinə görə, hakimiyyət işğalın baş verəcəyini anlayıb, lakin bunu açıqlamayıb: “Çünki burada xaos yaratmaq Rusiyanın taktikalarından biri idi”.
Qeyd edək ki, Ukrayna PA rəhbəri Yermak ötən gün mediaya açıqlamasında Rusiyanın hücum edəcəyinə sona qədər inanmadıqlarını, buna baxmayaraq, hazırlaşdıqlarını bildirmişdi.
Conflict.az