
ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyaların “birinci tranşını” elan edib.
Bayden mediaya açıqlamasında bu sanksiyaların 2014 sanksiyalarından kənara çıxdığını bildirib.
O, Rusiyanın iki böyük bankı ilə – VEB və Rusiya Hərbi Bankı - əlaqələrin bloklandığını deyib.
Bayden eyni zamanda Rusiya iqtisadiyyatının beynəlxalq maliyyə sistemindən kənarlaşdırılması tədbirləri barədə məlumat verib.
ABŞ Prezidenti bu sanksiyaların daha sərt olduğunu və Rusiya hökumətini suveren borc üçün Qərbin maliyyələşdirməsindən məhrum edəcəyini vurğulayıb.
Bayden Avropalı liderlər və Zelenski ilə daimi əlaqədə olduğunu bildirərək qeyd edib:
“Biz Ukraynanın müdafiə etməkdə birlik nümayiş etdiririk. Biz Rusiya aqressiyasını dayandırmaqda da birik. Biz NATO birliyimizi qorumaqda da birik”.
O əlavə edib ki, Rusiya ilə müharibə etmək niyyətində deyil, buna baxmayaraq, NATO ərazisinin “hər santimetrini” müdafiə edəcəyini vəd edib.
Conflict.az