
Rusiya Dövlət Duması fevralın 14-də “Donetsk” və “Luqansk xalq respublikaları”nın tanınmasının zəruriliyi ilə bağlı müraciət layihəsinə baxacaq.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Bu gün iki təklif var: birincisi, “DNR” və “LNR”in dərhal tanınmasının zəruriliyilə əlaqədar Rusiya prezidentinə müraciətlə bağlı qərar layihəsinə baxılması, ikincisi, rəy almaq üçün bu müraciətin əvvəlcə Rusiya Xarici İşlər Nazirliyinə və digər hökumət strukturlarına göndərilməsidir” – Volodin bildirib.
Conflict.az
