
NATO-nun Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə cavabı bu ölkənin Brüsseldəki səfirinə təqdim olunub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Cavabın məzmunu barədə rəsmi heç bir açıqlama olmasa da, media müəyyən təfərrüatlar əldə edib.
DPA agentliyi Alyansdakı mənbələrinə istinadla NATO-nun cavabında ciddi güzəştlər olmadığını yazıb.
“NATO-nun cavabında göstərilib ki, Rusiyanın təhlükəsizlik təminatı təklifində əsas tələblər qəbuledilməzdir”, - agentliyin mənbəsi qeyd edib.
Agentlik Rusiyanın əsas tələblərinin NATO-nun genişlənməməsi və Alyans qüvvələrinin Şərqi Avropadan çıxarılması olduğunu bildirib.
Conflict.az