
Ukraynaya qarşı genişmiqyaslı hücumun hazırlanması ilə bağlı iddialar üçün heç bir əsas görmürük.
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.
“Bir daha bunu təkrar edirəm: Ukraynaya genişmiqyaslı hücumla bağlı iddialar üçün heç bir əsas görmürük. Bu, hətta fiziki olaraq mümkün deyil. Rusiya qoşunlarının öz ərazilərində irəliləyişi varmı? Bəli, var. Bu, bizim üçün xəbər deyil. Ola bilsin ki, partnyorlarımız üçün xəbərdir”, - deyə Danilov bildirib.
Conflict.az