
Rusiya banklarına qarşı sanksiyaların tətbiqi onların təşəbbüskarları üçün problemə çevriləcək, çünki xarici kapital tez-tez Rusiya kredit təşkilatlarının işində iştirak edir.
Bunu Rusiya Federasiya Şurası İqtisadi Komitəsinin rəhbərinin müavini İvan Abramov deyib.
"İstənilən halda bizim bank sistemimiz ayaqda qalacaq, onun müəyyən təhlükəsizlik marjası var", - o qeyd edib.
Abramov onu da vurğulayıb ki, qlobal maliyyə sistemi nəzərə alınmaqla Rusiya banklarına qarşı birtərəfli sanksiyaların tətbiqi xarici kredit təşkilatlarının fəaliyyətinə də mənfi təsir göstərəcək.
Conflict.az