Sizin reklam burada
Sizin reklam burada

"Bunların arxasında ABŞ-ın dayandığına dair bəzi çılğın Rusiya iddiaları var"

"Bunların arxasında ABŞ-ın dayandığına dair bəzi çılğın Rusiya iddiaları var"
ABŞ Qazaxıstanda aksiyaçıları dinc çərçivədə etirazlarını bildirməyə və hakimiyyət orqanlarını təmkinli olmağa çağırır.

Bunu Ağ Ev sözçüsü Cen Psaki bildirib.

Psaki ölkədəki etiraz aksiyalarında ABŞ-ın iştirakı ilə bağlı səslənən iddialara cavabında isə deyib:

"Bütün bunların arxasında ABŞ-ın dayandığına dair bəzi çılğın Rusiya iddiaları var. Fürsətdən istifadə edərək deyim ki, bu, tamamilə yalandır və açıq şəkildə Rusiya dezinformasiyasının standart şirnikləndiriciliyinin bir hissəsidir".

Qeyd edək ki, bu, Amerika administrasiyasının Qazaxıstandakı kütləvi etirazlara ilk rəsmi reaksiyasıdır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş