Sizin reklam burada
Sizin reklam burada

Respondetlərin 46 faizi Bayden əqli cəhətdən sağlamdır deyib, 48 faizi isə bununla razılaşmayıb

Respondetlərin 46 faizi Bayden əqli cəhətdən sağlamdır deyib, 48 faizi isə bununla razılaşmayıb
“Politico/Morning Consult” şirkəti tərəfindən aparılan yeni sorğuda ABŞ Prezidenti Co Baydenin psixi cəhətdən sağlam olduğuna inanan insanların sayında azalma müşahidə edilib.
“Independent” qəzeti xəbər verir ki, noyabrın 13-dən 15-ə qədər keçirilən sorğuda respondetlərin təxminən 46 faizi ABŞ prezidentinin əqli cəhətdən sağlam olduğunu düşünüb, 48 faizi isə bununla razılaşmayıb.
2020-ci ilin oktyabrında keçirilən sorğuda Baydenin sağlam olduğunu düşünən şəxslərin sayı daha çox olub.
Sorğuda səs verənlərin təxminən 50 faizi Baydenin ümumi sağlamlığının yaxşı olması ilə razılaşmayıb. tən il keçirilən sorğuda bu göstərici 30%-ə yaxın idi.
Bayden hazırda ABŞ-ın indiyə qədər xidmət edən ən yaşlı prezidentidir və onun 2024-cü ildə keçirilən prezident seçkilərində 82 yaşı olacaq. Buna görə Baydenin namizədliyi ilə bağlı spekulyasiyalar artır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ