Sizin reklam burada
Sizin reklam burada

"Qətlin motivləri öldürülən deputatın özü ilə yox, İslam ekstremizmi ilə əlaqəlidir"

"Qətlin motivləri öldürülən deputatın özü ilə yox, İslam ekstremizmi ilə əlaqəlidir"
Böyük Britaniyada Mühafizəkarlar Partiyasından olan deputat David Amessin terrorçu tərəfindən qətlə yetirilməsi təsadüfən baş verib.
Polis hesab edir ki, qətlin motivləri öldürülən deputatın özü ilə yox, potensial olaraq İslam ekstremizmi ilə əlaqəlidir.
İstintaqın ilkin araşdırmasına görə, Amess təsadüfən və ya sadəcə cinayətkar deputatın seçicilərlə qarşıdakı görüşünün anonsunu gördüyü, onunla görüşməyin mümkün olduğu üçün seçilə bilərdi.
“Hökumətdəki mənbə bildirib ki, deputatın bəxti gətirməyib və onun qətlinin təmsil etdiyi partiya ilə bağlılığı yoxdur”.
Qeyd edək ki, Britaniyanın Mühafizəkarlar Partiyasından olan millət vəkili David Amess oktyabrın 15-də Esseks bölgəsində seçiciləri ilə keçirdiyi görüş zamanı bıçaqlanıb. O aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisəni törədən şəxs isə Britaniya vətəndaşı, əslən Somalidən olan 25 yaşlı Əli Harbi Əlidir. Daha sonra London polisi millət vəkilinin öldürülməsini terror aktı olduğunu bəyan edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş