Litvanın Müdafiə Nazirliyi ölkə əhalisinə xəbərdarlıq edib.
Qurum Çin istehsalı olan telefonları almaqdan çəkinməyi və hazırda istifadə edilən cihazlardan qurtulmağı məsləhət görüb.
Müvafiq tövsiyyə nazirlik tərəfindən Litva hökumətinə təqdim edilən hesabatda yer alıb.
Sənəddə Çin telefonlarında gizli senzura sisteminin olduğu bildirlib. Qeyd olunub ki, bu sistem cihaz sahibinin “müstəqil Tibet”, “Tayvanın suverenliyi” və ya “demokratik dəyişiklər” kimi mövzularda etdiyi söhbətləri geolokasiya məlumatları ilə birlikdə lazımi mərkəzlərə ötürür.
Conflict.az