Sizin reklam burada
Sizin reklam burada

"Prezident özü ilə qələm və dəftərxana ləvazimatları daşıyır"

"Prezident özü ilə qələm və dəftərxana ləvazimatları daşıyır"
Belarus prezidenti Aleksandr Lukaşenkonun özü ilə daşıdığı çamadanın içindəkilər məlum olub.

Bu barədə dövlət başçısının mətbuat katibi Natalya Eysmont məlumat verib.

Onun sözlərinə görə, bir qayda olaraq çamadanda mətbuatı təccübləndirəcək heç nə olmur. Adətən, prezident özü ilə müəyyən sənədlər, qələm və digər dəftərxana ləvazimatları daşıyır.

Qeyd edək ki, bugünlərdə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşən Lukaşenkonun əlində kiçik çamadanın olması maraq doğurub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ