Amerikalı diplomatlar Belarus müxalifətinin liderləri ilə harada olmalarından asılı olmayaraq, qarşılıqlı əlaqəni davam etdirəcəklər.
Bunu ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays deyib.
Onun sözlərinə görə, Belarus rəsmiləri ABŞ-a sentyabrın 1-dən etibarən Minskdəki səfirliyin diplomatik və texniki işçilərinə yeni məhdudiyyətlərin tətbiq edilməsi haqqında məlumat veriblər.
“Rejim hətta Culi Fişerin ABŞ-ın Belarusdakı səfiri kimi qəbul olunmasından da imtina edib. Belarus hakimiyyəti Minsklə Vaşinqton arasında münasibətlərin pisləşməsinə görə məsuliyyət daşıyır. Belarusla münasibətlərimizin hazırkı vəziyyətindən məyusuq”, - Prays bildirib.
Conflict.az
