
BMT nümayəndələri ABŞ qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda fəaliyyətlərini davam etdirəcəklər.
Bu məlumatı BMT-nin rəsmi nümayəndəsi Eri Kaneko yayıb.
“BMT Əfqanıstanı tərk etmək niyyətində deyil. Bizim missiyamız davam edir. BMT missiyanın əməkdaşlarının təhlükəsizliyinin təmini üçün tədbirlər görür”, – deyə o bildirib.
Conflict.az
