Sizin reklam burada
Sizin reklam burada

Azyaşlılar arasında peyvəndlənməni həyata keçirməmək məsləhət görülüb

Azyaşlılar arasında peyvəndlənməni həyata keçirməmək məsləhət görülüb
Britaniya hökuməti uşaqların və yeniyetmələrin koronavirusa qarşı kütləvi vaksinasiyasının əleyhinə çıxıb.

Bu barədə “Telegraph” məlumat yayıb.

İmtinaya səbəb Vaksinasiya və İmmunizasiya üzrə Birləşmiş Komitənin hökumətə ünvanladığı tövsiyyə olub. Sənəddə mövcud risklər barədə kifayət qədər məlumat təqdim olunanadək azyaşlılar arasında peyvəndlənməni həyata keçirməmək məsləhət görülüb.

Qeyd edək ki, iyulun 19-dan etibarən İngiltərədə bütün antikovid məhdudiyyətləri aradan qaldırılacaq. Maska və sosial məsafə tələbi isə artıq məcburi olmayacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş