
Rəsmi Kiyev ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə görüşündə Ukrayna ilə həmrəyliyini elan etməsini gözləyir.
Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
O bildirib ki, Kiyev Prezident Baydenin Vladimir Putinə ABŞ-ın Ukraynanı dəstəklədiyini və suverenliyini, ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyini bildirməsini gözləyir.
"ABŞ Ukrayna ilə Rusiya arasındakı sülh prosesinə əhəmiyyətli bir töhfə verə bilər", - deyə Kuleba qeyd edib.
Conflict.az