Sizin reklam burada
Sizin reklam burada

“Əlaqələrimiz normala qayıtsın"

“Əlaqələrimiz normala qayıtsın"
Qətərlə keçmiş səhifəni qapatmaq istəyirik.
Bu sözləri Misir xarici işlər naziri Samih Şükri deyib.

“Əlaqələrimizin normala qayıtması, milli mənafenin qazanılması və qardaş ərəb ölkələri ilə bağları gücləndirmək üçün keçmiş səhifəni qapatmaq istəyirik”, - deyə XİN rəhbəri bildirib.

O bildirib ki, Misirin sabitliyi və təhlükəsizliyi ilə bağlı bütün maddələr üzrə danışqlar aparılır.

Xatırladaq ki, hələ 2017-ci ilin iyununda Qətərin beynəlxalq terrorçuluğu maliyyələşdirməsi iddiası ilə bir çox ərəb ölkəsi, o cümlədən Misir rəsmi Doha ilə diplomatik əlaqələri ən aşağı həddə endirmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş