Sizin reklam burada
Sizin reklam burada

Səfir oteldə dünyasını dəyişdi

Səfir oteldə dünyasını  dəyişdi
Ukraynanın Tailanddakı səfiri Andrey Beşta Ko-Lipe adasındakı oteldə dünyasını dəyişib.
Səfirin meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
A. Beştanın meyiti səhər saat 05.30 radələrində otelin nömrəsində aşkarlanıb. Oğlu atasının dünən özünü yaxşı hiss etdiyini, saat 04.30-da zəhərlənmə simptomları ilə oyandığını, daha sonra huşunu itirdiyini bildirib.
Diplomatın meyiti ölümün səbəbinin müəyyənləşdirilməsi üçün Banqkokdakı hospitala göndərilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş