
"Ryanair" təyyarəsinin Minskə məcburi eniş etməsində rolu olan şəxslər, o cümlədən Belarus şirkətləri və aviasiya sektoruna sanksiyaların tətbiqi ilə bağlı müzakirələr aparılacaq.
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
"Güclü bir cavab olacaq. Lukaşenko rejimi nəticələrin ciddiyyətinin fərqində olmalıdır", - Leyen vurğulayıb.
Qeyd edək ki, dünən Afinadan Vilnüsə uçan təyyarə Minskdə təcili eniş edib. Əvvəlcə bildirilib ki, təyyarədə bomba var və axtarış aparılacaq. Daha sonra bomba məlumatının yalan olduğu üzə çıxıb. Əvəzində isə təyyarədə olan “Nexta” Teleqram kanalının keçmiş rəhbəri, Belarusun ekstremist elan etdiyi Roman Protaseviç saxlanılıb.
Conflict.az